"İslam Həmrəyliyi Oyunları zamanı hər hansı təxribat cəhdi olmayıb" - DTX rəhbəri

"İslam Həmrəyliyi Oyunları" tam təhlükəsiz şəraitdə keçib.

IV İslam Həmrəyliyi Oyunlarında hər hansı bir təxribata cəhd göstərilməyib.

AzNews.az "APA"ya istinadən xəbər verir ki, bunu, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

M. Quliyev bildirib ki, bununla bağlı preventiv tədbirlər 1 il əvvəldən həyata keçirilib və digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq edilib.

Bəxtiyar Abbasov

AzNews.az