Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Prezidentin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Prezidentin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Prezidentin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

AzNews.az xəbər verir ki, dəyişikliyə əsasən 2.3. 15-ci bənddən “- Sərhəd Qoşunlarının komandanı” sözləri çıxarılıb, 2.4. 16-cı bənddə “Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa” sözləri “Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli” sözləri ilə əvəz edilib. Dəyişikliyə əsasən, Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçiriləcək.