ATƏT PA-nın bu gün keçirilən yekun iclasında isveçrəli deputat tərəfindən təklif edilən “Şərqi Avropada situasiya”adlı qərəzli qətnamə layihəsi Azərbaycan nümayəndə heyətinin digər ölkələrin nümayəndələrlə apardığı birgə iş nəticəsində səsverməyə qoyulub. ATƏT PA-nın bu gün keçirilən yekun iclasında isveçrəli deputat tərəfindən təklif edilən “Şərqi Avropada situasiya”adlı qərəzli qətnamə layihəsi Azərbaycan nümayəndə heyətinin digər ölkələrin nümayəndələrlə apardığı birgə iş nəticəsində səsverməyə qoyulub.

ATƏT PA-nın ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnamə ləğv edildi

ATƏT PA-nın bu gün keçirilən yekun iclasında isveçrəli deputat tərəfindən təklif edilən “Şərqi Avropada situasiya”adlı qərəzli qətnamə layihəsi Azərbaycan nümayəndə heyətinin digər ölkələrin nümayəndələrlə apardığı birgə iş nəticəsində səsverməyə qoyulub.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin məlumatında qətnamənin qəbul edilmədiyi bildirilib:

“Elə indicə ATƏT PA-nın 26- cı illik sessiyasının son iclasında yekun bəyannamə səsə qoyuldu. İsvec nümayəndəsi Kristian Xolmsun hazırladığı və İnsan hüquqları komitəsində müzakirə zamanı ziddiyyətli şəkildə qəbul olunmuş qətnamə layihəsi səsvermə nəticəsində rədd edildi”.

“Beləliklə, Azərbaycan nümayəndə heyətinin digər həmkarlarla birgə işi öz səmərəsini verib. ATƏT PA-nın tarixində ilk dəfə baş verən bu hadisədə Azərbaycan nümayəndə heyətinin apardığı iş çox böyük əhəmiyyət kəsb edir”,-deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün qəbul edilən Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” yer alıb.