Noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək. Noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.

Azərbaycan prezidenti Tehranda rusiyalı həmkarı ilə görüşəcək

Noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan və İran prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün noyabrın 1-də Tehrana səfər edəcək.

Görüş zamanı Azərbaycan, Rusiya və İran arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın ən vacib mövzuları müzakirə olunacaq.

Putin həmçinin Azərbaycan və İran liderləri ilə ikitərəfli görüşlər də keçirəcək.