Türkiyə rəsmi Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb. Türkiyə rəsmi Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb.

Türkiyə Trampın Qüdsə dair qərarını "məsuliyyətsiz" adlandırıb

Türkiyə rəsmi Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvitter” səhifəsində yazıb.

“Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir”, M.Çavuşoğlu qeyd edib.