Ermənistan suverenliyini itirir

Ermənistan KİV-ləri çoxdan itirilmiş və ya heç vaxt mövcud olmayan suverenliyin itirilməsindən təəssüflənir.

AzNews.az xəbər verir ki, buna Ermənistan hökumətinin iclasının gündəliyində dayanan iki başlıca məsələ səbəb olub.

Birincisi - "Qazprom-Armenia" kompaniyasının Mehri və Aqarak şəhərlərinə fasiləsiz qazı verilməsini nəzərdə tutan qanun layihəsidir. Ötən ildən bu şəhərlərə İran qazının verilməsi nəzərdə tutulsa da, şəbəkə hələ də fəaliyyətsizdir. Sakinlər çox güman ki, bu qazı Qazprom xətti ilə alacaq.

İkincisi - Rusiya sərhədçiləri tərəfindən nəzarət olunan, İranla sərhəddə yerləşən 40 metrlik yol idarəsinin tikintisinin dayandırılmasıdır. Rusiya tərəfinin razılığı olmadığından İrəvan işləri dayandırmalı olub. Bu hadisə Ermənistanda böyük qalmaqala səbəb olub. Sakinlər Rusiyanı işğalçı adlandırıblar.

Əslində təəssüf doğuran heç bir məqam yxodur. Ermənistan öz yoxluğuna görə cavab verir və nə vaxtsa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur.

"Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Novosti.az-a müsahibəsində deyib ki, erməni mətbuatı tez-tez qeyri-peşkarlığa yol verir. Digər tərəfdən, Ermənistan üzərinə götürdüyü öhdəliklərə barmaqarası baxır. Əvvəl müqavilə imzalanır, sonra isə onu pozurlar.

Onun sözlərinə görə, İrandan Ermənistana qaz borusunun çəkilməsinin ideyası "Qazprom"a məxsusdur. Çünki ona qazpaylayıcı xəttin burada çəkilməsi vacib idi, Gürcüstan tərəfdən bəzi problemlər mövcuddur.

Ekspertin fikrincə, hazırda İran qazının Ermənistan AES-lərindən alınan enerji ilə dəyişdirilməsi ilə bağlı razılaşma qüvvədədir. İran Ermənistana qazı istehlak məqsədilə vermir.

"Ermənistan rəhbərliyi öz əlləri ilə qazpaylayıcı şəbəkəni üçüncü tərəfə ötürür. Müqavilənin şərtlərinə əsasən, Qazprom Ermənistanda bütün qaz şəbəkəsinə nəzarət edəcək və istənilən qərar da kompaniyanın istəyi ilə həyata keçiriləcək. Mehri və Aqarakda yaradılmış infrastruktur da Qazprom-un nəzarətinə keçəcək. Bu şəhərlərdə muxtar sistem fəaliyyət göstərə bilməz", - İlqar Vəlizadə deyib.

Yol tikintisinə gəldikdə isə, Ermənistanın xarici sərhədi - rus sərhədçiləri tərəfindən qorunur.

"Rusiya tərəfi öz səlahiyyətləri daxilində fəaliyyət göstərir və onu aşmır. Ermənistan isə situasiyaya nəzarət edə bilmir. Çünki özü-özünü bu vəziyyətə salıb", - agentlik rəsmisi əlavə edib.

Vəlizadə qeyd edib ki, erməni-rus sövdələşməsinin pozulması ilk dəfə deyil. Bu, Ermənistanın daxili siyasətinin nəticəsidir. Onun fikrincə, Azərbaycanın işğal edilmiş ərazilərini əlində saxlamaq üçün Ermənistan hər şeyə gedir, hətta ölkə suverenliyinin itirilməsinə razıdır.

"Məsələnin gələcək inkişafını zaman göstərər. Paradoksal hal ondan ibarətdir ki, istənilən müqavilə, razılıq, sövdələşmə, başqa ölkələrlə əməkdaşlıq Rusiya tərəfinin istəyi və müşahidəsi ilə aparılır. Çıxış yolu - qapalı dairəni dağıtmaq və digər qonşu ölkələr - Azərbaycan və Türkiyə ilə konstruktiv əməkdaşlıq qurmaqdır", - ekspert deyib.