"Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil mövqeyi hüquqa və ədalətə söykənir" - Millət vəkili

"Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil mövqeyi hüquqa və ədalətə söykənir".

AzNews.az xəbər veirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, hazırki mürəkkəb tarixi mərhələdə beynəlxalq problemlərin həlli yolu yalnız beynəlxalq hüquqa əsaslanmalı və ədalətli olmalıdır: "Hər nə qədər bu gün ikili standarlara söykənən hegemom aktorlar öz mənafelərinə uyğum gəldikdə öncə sülh sonra ədalət prinsipi ilə məsələləri həll etməyə çalışsalar da həqiqət budur ki, ədalət olmadan sülh yaratmaq mümkün deyil. Ədalətli olmayan və beynəlxalq hüquqa əsaslanmayan sülh əslində məcburetmədir və daimi ola bilməz. Qüds probleminin həllində də Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır."

Deputatın sözlərinə görə, Azərbaycan hələ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirmişdi: "Bu mövqeyini BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı təkrar edən Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələblərinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs vermişdir. Bunula da bir daha özünün xarici siyasət prinsiplərinə və beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirmişdir. Eyni zaman da hər kəsə aydın olmuşdur ki, Azərbaycan İslam Həmrəyliyi çağırışının müəllifi kimi mənəvi-siyasi baxımdan buna layiqdir və İslam Həmrəyliyini eyni zamanda həm də mədəniyyətlərarası dialoq vasitəsi kimi görür. Bəzi müsəlman yaxud türk-müsəlman ölkələrinin çəkingən yaxud qeyri-müəyyən mövqeyi kontekstində ölkəmizin belə prinsipial mövqe nümayiş etdirməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına və güclü dövlət kimi onunla hesablaşmağın zəruru olduğuna gətirib çıxaracaq. Bu həm də onun göstəricisidir ki, hər hansı bir problemin həllində, onun mövcud olduğu coğrafiyadan yaxud dini, etnik mənsibiyyətindən asılı olmayaraq Azərbaycan bütün hallarda beynəlxalq hüququn təntənəsinin tərəfdarıdır. Heç sübhəsiz ki, ilk növbədə Dağlıq Qarbağ probleminin həllində də Azərbaycan beynəlxalq hüququn başlıca prinsipi olan dövlətlərin ərazi bütövlüyünün təmin olunmasını istəyir və tərəfdaş ölkələrdən də belə mövqe nümayiş etdirmələrini gözləyir."