İmperiya siyasəti



Cümşüd Nuriyev

(I yazı)

Zaman-zaman xalqımız müxtəlif imperiyaların boyunduruğu altında yaşamaq məcburiyyətində qalmışdır. Tarix boyu bizi öz əsarətlərində saxlayan hər iki dövlətin maraqları eyni olduğu üçün, bu gün də birgə fəaliyyət göstərirlər. Son zamanlar bu siyasət yenidən gücləndiyi üçün oxucularımızı tariximizə qısa ekskursiyaya dəvət etmək istəyirik.

Artıq iki yüz ildən çoxdur ki, xalqımız tarixən məskunlaşdığı torpaqlarda görünməmiş faciələrlə üzləşir. XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyası tarixən Azərbaycan ərazisi olan Borçalı, Gəncə, Şəki, Şirvan, Lənkəran, Qarabağ, İrəvan və Naxçıvan bölgələrini işğal etməyə başlamışdır. Bu azmış kimi, Osmanlı İmperiyasına olan nifrətini gizlədə bilməyən Çar Rusiyası daha məkrli plan həyata keçirməyə başlamışdır. Belə ki, azəri türklərinin köməyi ilə öz dövlətçiliyini qoruyub saxlayan İran, Rusiya imperiyası ilə birlikdə Anadoluya məkrli niyyətlər üçün qul qismində gətirilən hayların xəyanətkar xislətindən istifadə edərək, zaman-zaman türklərə qarşı deportasiya planlarını həyata keçirmişlər.

Bəs əslində haylar kimdir və bu bölgəyə haradan gəliblər?

Qeyd etmək istərdik ki, hayların bu torpaqlara sonradan gəlməsi elmi cəhətdən aksiomadır. Hayların təşəkkülü haqqındakı kanonik versiya, erməni tarixçisi kimi tanıdılan Moisey Xorenatsiyə görə, ermənilərin ulu babası Hayk Nuh Peyğəmbərin nəslindəndir. Nə M. Xorenatsi, nə də qədim tarixçilər Urartu dövlətinin ermənilərə aid olduğu barədə hər hansı bir məlumat verməmişlər və verə də bilməzdilər. Çünki bu heç bir bəlli tarixi, dəlil-sübutu olmayan, cəfəngiyat idi… Bəli. İlk dəfə müasir Türkiyə ərazisində "Böyük Ermənistan" dövlətinin olduğunu "sübut etmək" üçün belə gülünc və əsassız cəhdlər göstərilmişdir. Bu I Dünya müharibəsi zamanı Qərb dövlətləri və Rusiya imperiyasının Osmanlı imperiyasını saxta "erməni genosidində" ittiham etməkdən ötrü hazırlanmış bir tələ idi. Çox təəssüflər olsun ki, çirkin siyasət oyunları ucbatından qardaş Türkiyə hələ də ondan qurtula bilməmişdir.

Ötən əsrin 20-ci illərində erməni tarixçiləri iddia edirdilər ki, onlar yəhudilərdən də qədim xalqdırlar və aridirlər. Onların əsas məqsədi saxta "erməni soyqırımını" qəbul etdirmək idi. Ona görə də, Urartu dövlətinin məskəninin "Türkiyə ermənistanın" ərazisində olduğunu iddia etməklə, buralara gəlmə yox, aborigen xalq olduqlarını sübut etmək istəyirdilər. Çünki hayasların vaxtilə qul olduğunu və buralara Kilikiyadan satılmaq üçün gətirildiklərini yaxşı bildikləri üçün onlar bu addımları atırdılar. Bu günə qədər də, haylar psixoloji cəhətdən bu natamamlıq kompleksindən qurtula bilməmişlər. Onların həmişə saxta tarix yaratmaq həvəsi və həddən artıq şovinist olmaları da, bu natamamlıq kompleksindən irəli gəlir.

Ötən əsrin ortalarından başlayaraq erməni alimləri Q.Kapantsyan, Y. Manandyan, B.Arakelyan və S.Yeremyan ermənilərin ulu babalarının Hayas vilayətindən olduqları haqqında çoxsaylı əsərlər yazdılar. Onlar hayasın indiki Türkiyə ərazisində olduğu barədə nə qədər iddialar irəli sürsələr də, bütün bunların yalan və cəfəngiyyat olduğunu, zaman-zaman müxtəlif xalqlara məxsus çox böyük və nüfuzlu tarixçi alimlər sübut etdilər ki, nə müasir Türkiyənin hüdudları daxilində, nə də ümumən Qafqaz ərazisində tapılan arxeoloji mədəniyyət abidələrində hayların bu torpaqlarda qədimdən məskunlaşması haqqında heç bir tarixi dəlil və sübut yoxdur.
I Pyotr 1723-cü ildə Bakını işğal etdikdən sonra orada və Dərbənd şəhərində erməniləri yerləşdirməyə başladı. 1768-ci ildə II Yekatrina ermənilərin qorunma altına alınması haqqında fərman imzaladı. 1802-ci ildə çar I Aleksandr öz məktubunda Azərbaycan türklərinin qənimi olan N.Sisiyanova yazırdı: "nəyin bahasına olursa-olsun Azərbaycanın bu və ya digər xanlıqlarında ermənilərdən istifadə olunmalıdır".

Qərbi Azərbaycandan azəri türklərinin ilk deportasiyası 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra baş vermişdir. Belə ki, Şəmşədil və Lor-Pəmbək əyalətlərinin rusların əlinə keçdikdən sonra yerli əhali oranı zor gücünə tərk etməyə məcbur edilmişdir. Bunu 13 iyul 1801-ci ildə erməni əsilli general Lazarevin Qafqfaz ordusu komandanı Knorrinqə göndərdiyi raportda da öz əksini tapmışdır: "Pəmbək əyalətinin 14 kəndinin 5-6 min nəfərə qədər əhalisi İrəvan xanlığının ərazisində özlərinə sığınacaq tapmışdır".