Azərbaycan XİN Ermənistanın yeni baş naziri Serj Sarkisyanın Qarabağ probleminin həlli ilə bağlı subyektiv açıqlamalarına cavab verib. Azərbaycan XİN Ermənistanın yeni baş naziri Serj Sarkisyanın Qarabağ probleminin həlli ilə bağlı subyektiv açıqlamalarına cavab verib.

“Azərbaycanın ən böyük güzəşti Ermənistanla danışıqlar aparmasıdır” - Sarkisyana cavab

Azərbaycan XİN Ermənistanın yeni baş naziri Serj Sarkisyanın Qarabağ probleminin həlli ilə bağlı subyektiv açıqlamalarına cavab verib.

Nazirliyin mətbuat katibi Hikmət Hacıyev AzNews.az-a açıqlamasında Sarkisyanın “münaqişənin həllində qarşılıqlı güzəştlər olmalıdır” fikrinə cavab olaraq bildirib ki, Azərbaycanın ən böyük güzəşti ölkəmizə qarşı hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə törətmiş Ermənistanla danışıqların aparılmasıdır:

“Münaqişənin həllinin əsasını təşkil edən sənəd BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir. Qətnamələrin tələbləri yerinə yetirilməlidir. İlk növbədə işğal amili aradan qaldırılmalı və Ermənistan qoşunları çıxarılmalıdır. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan sonra danışıqlar yenə də davam etdirilə bilər".

Qeyd edək ki, Ermənistanın baş naziri Serj Sarkisyan, yerli telekanallardan birinə açıqlamasında Qarabağ probleminin gələcək taleyi ilə bağlı sualı cavablandırıb. Sarkisyan qeyd edib ki, təmsil etdiyi hakimiyyət, çözülməmiş Qarabağ problemini gələcək nəsillərə saxlamaq fikrində deyil və baş nazir kimi ölkə rəhbərliyində fəaliyyətini davam etdirməsi də bununla bağlıdır. Keçmiş prezidentin fikrincə, münaqişənin həllində müzakirə prosesi davam etdirilməlidir və onlar bu baxımdan mövqelərini dəyişməyəcəklər.

Ermənistanda Qarabağı Azərbaycana verməyə razılaşan insanların ola biləcəyinə inanmayan Sarkisyan, onu da bildirib ki, Azərbaycanın kompromisdən imtina etməsi, yalnız erməni tərəfinin güzəştə getməsi anlamına gəlir; çünki kompromis hər iki tərəfin qarşılıqlı güzəştləri deməkdir: “Qarşılıqlı güzəştlər olarsa, əlbəttə, münaqişə də həll edilə bilər. Başqa bir yol yoxdur. Fərqli bir yol varsa - yəni kompromislərə ehtiyacımız yoxdursa, onda sülhdən söhbət gedə bilməz. Sülh yolu - hansısa bir razılığa gəlməkdir” - deyə, yeni baş nazir vurğulayıb.

AzNews.az