Elşən Mustafayev: “Bu namizəd partiyaın özündən də ola bilər, hansısa digər bir partiyadan da” Elşən Mustafayev: “Bu namizəd partiyaın özündən də ola bilər, hansısa digər bir partiyadan da”

AMİP seçkilərdə hansı namizədi dəstəkləyəcək?

Elşən Mustafayev: “Bu namizəd partiyaın özündən də ola bilər, hansısa digər bir partiyadan da”



"Biz partiya olaraq fəxri liderimiz Etibar Məmmədovun prezident seçkisində namizəd olmasını istərdik. Amma bunun üçün həmin şəxsin razılığı olmalıdır. Onun razılığı olmadan kiminsə namizədliyini irəli sürmək olmaz".

Bu fikirləri AzNews.az-a AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev deyib. Namizədlik məsləlsi ilə bağlı AMİP-in fəxri lideri Etibar Məmmədovun mövqeyinə toxunan E.Mustafayev bildirib ki, E.Məmmədov özü mətbuata seçkidə namizəd kimi iştirak etmək fikrinin olmadığını deyib: "Bu gün hələlik Etibar bəyin fikri belədir. Ona görə, də biz bu fikirdən artıq nəsə deyə bilmərik. Seçkidə namizəd ola biləcək adam odursa, o da artıq fikrini bu şəkildə açıqlayıb".

Bu məsələdə partiyanın mövqeyinə gəlincə, E. Mustafayev deyib ki, seçkidə iştirak edəcəklər: "AMİP seçkilərdə aktiv iştirak edəcək və partiya olaraq namizədimiz də olacaq. Bu namizəd partiyaın özündən də ola bilər, hansısa digər bir partiyadan da. Əgər seçkidə iştirak etmək qərarı barədə Etibar bəy fikirlərini bildiribsə, indi belə bir müzakirə aşmaq düzgün çıxmır".

Gültəkin
AzNews.az