İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İordaniya Kralı İlham Əliyevi təbrik etdi

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".