Məlum olduğu kimi, bədnam Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminin çəkilişlərinin bir hissəsi qonşu Gürcüstanda aparılıb. Məqsədi düşmən dəyirmanına su tökməklə Azərbaycana, azərbaycanlılara zərbə vurmaq olan R.İbrahimbəyov hətta filmdə Gürcüstanda yaşayan azərbaycanlı aktyorları aldadaraq xəyanətkar niyyətini həyata keçirməyə cəhd edib. Məlum olduğu kimi, bədnam Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminin çəkilişlərinin bir hissəsi qonşu Gürcüstanda aparılıb. Məqsədi düşmən dəyirmanına su tökməklə Azərbaycana, azərbaycanlılara zərbə vurmaq olan R.İbrahimbəyov hətta filmdə Gürcüstanda yaşayan azərbaycanlı aktyorları aldadaraq xəyanətkar niyyətini həyata keçirməyə cəhd edib.

Rüstəm İbrahimbəyov Gürcüstandakı soydaşlarımızı necə aldadıb?

Məlum olduğu kimi, bədnam Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminin çəkilişlərinin bir hissəsi qonşu Gürcüstanda aparılıb. Məqsədi düşmən dəyirmanına su tökməklə Azərbaycana, azərbaycanlılara zərbə vurmaq olan R.İbrahimbəyov hətta filmdə Gürcüstanda yaşayan azərbaycanlı aktyorları aldadaraq xəyanətkar niyyətini həyata keçirməyə cəhd edib.

AZƏRTAC xəbər verir ki, çəkilişlər zamanı filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov və rejissor Eldar Şengeliya Gürcüstanda aktyor axtarıblar. Onlar hətta Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının binasında da çəkilişlər aparmaq istəyiblər. Teatrın aktyorlarına müxtəlif rollar və yaxşı qonorar təklif olunub.

Maraqlı məqamlardan biri də odur ki, nə teatr rəhbərliyinə, nə də aktyorlara ssenari barədə məlumat verilməyib. Sadəcə olaraq, Cənubi Qafqazın üç respublikasının oxşar tarixi, mədəniyyəti və həyat tərzi barədə film çəkmək istədiklərini bildiriblər. Filmdə çəkiləcək aktyorlara isə ssenarinin mətni deyil, üzərində hiyləgərliklə düzəlişlər edilmiş mətn verilib.

Aktyorlarla söhbət zamanı məlum olub ki, filmin çəkilişlərinin teatrın binasında aparılmasına, əslində, teatrın direktor müavini Namiq Hacıyev etiraz edib. O, həmçinin aktyorlara deyib ki, ssenarisini bilmədiyiniz filmdə hər hansı bir rola çəkilməyin. N.Hacıyev, eyni zamanda, filmin ssenari müəllifinin Azərbaycanı sevmədiyini bildirib və deyib ki, belə bir adamın çəkdiyi film Azərbaycanın mənafeyinə zidd ola bilər.

Namiq Hacıyev AZƏRTAC-a açıqlamasında deyib: “Bir neçə il əvvəl bizə müraciət olundu və bildirdilər ki, Cənubi Qafqaz respublikaları xalqlarının oxşar xüsusiyyətlərdən bəhs edən film çəkmək istəyirlər. Bunun üçün həm bizim binadan, həm də aktyorlarımızdan istifadə edəcəklərini, bunun müqabilində yaxşı qonorar ödəyəcəklərini bildirdilər. Filmin ssenarisi ilə maraqlandım. Lakin bir neçə gün keçdi və bizə heç bir ssenari təqdim olunmadı. Mən filmin bəzi məqamlarının bizim binada çəkilişinə etirazımı bildirdim. Eyni zamanda, Rüstəm İbrahimbəyovun kimliyi ilə maraqlandım və onun Azərbaycanımıza qarşı düşmən mövqedə olduğunu öyrəndim. Bununla bağlı aktyorlara xəbərdarlıq etdim və onlar da filmdə çəkilməkdən imtina etdilər”.

N.Hacıyevin sözlərinə görə, buna baxmayaraq, onlar artıq Azərbaycan, gürcü, rus və hətta erməni dilini bilən bir neçə aktyoru sınaq çəkilişlərində yoxlamışdılar: “Bu gün həmin filmdə epizodik məmur rolunda görünən azərbaycanlı aktyor da ssenaristlərin hiyləgərliyinin qurbanıdır”.

Filmdə həmin məmur obrazını yaratmış teatrın işçisi, Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynov deyir: “Utanıram danışmağa. Bilmirəm necə deyim. Mənim yaratdığım obrazdan Azərbaycana qarşı istifadə ediblər. Bizə Azərbaycan, gürcü və erməni xalqlarının oxşar taleləri, yaşayış tərzləri barədə film çəkmək istədiklərini bildirdilər və bunun müqabilində yaxşı qonorar ödəyəcəklərinə söz verdilər. Elə ilk gündəcə sınaq çəkilişləri aparıldı. İki gün sonra Namiq Hacıyev bizi teatra çağırdı və məsələdən agah etdi. Bildirdi ki, R.İbrahimbəyov Azərbaycan xalqına, dövlətinə düşmən şəxsdir. Onun filminin məqsədi də xoşniyyətli ola bilməz. Bundan sonra mən və digər aktyorlar filmdə çəkilməkdən imtina etdik. Bir neçə dəfə arxamca adam göndərdilər. Amma mən daha çəkilişlərə getmədim. Filmdəki epizodik rolum da sınaq çəkilişləri zamanı lentə alınıb.

Yaşının bu vaxtında aldadıldığını bildirən Hidayət Hüseynov deyir ki, bu günlərdə tanışları, dostları onu filmdəki roluna görə məzəmmət ediblər: “Mən çox pis vəziyyətə düşdüm. Demək R.İbrahimbəyov bizdən, Gürcüstanda yaşayan azərbaycanlılardan doğma Azərbaycanımıza qarşı istifadə edib. Biz onun bu məkrli niyyətindən xəbərsiz olmuşuq. Mən həmin filmdə sınaq zamanı çəkilmiş kiçik bir epizodda qalmışam. Bunun üçün çox utanıram və Azərbaycan xalqından üzr istəyirəm. Qoy tarixi Vətənim və böyük xalqım məni bağışlasın. Biz, sadəcə olaraq, erməni dəyirmanına su tökən nadan, Vətəninə, millətinə xəyanət edən Rüstəm İbrahimbəyov kimilərin hiyləgərliyinin qurbanı olmuşuq”.

H.Hüseynovun sözlərinə görə, əslində R.İbrahimbəyov bu yolla Gürcüstanda yaşayan azərbaycanlıları tarixi Vətənlərinə qarşı qoymaq istəyib: “Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onlar tarixi Vətənləri Azərbaycana, Azərbaycan Prezidentinə bağlı insanlardır. R.İbrahimbəyov bu bağlılığı qırmaq, azərbaycanlıları parçalamaq, biri-birilərinə qarşı qoymaq istəyib. Amma nə o, nə də onun erməni-daşnak havadarları buna nail ola bilməyəcəklər. Gürcüstanın, eləcə də tarixi Vətənimiz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımız var. Gürcüstanın azərbaycanlılar yaşayan elə bir bölgəsi yoxdur ki, orada bütöv Azərbaycan uğrunda şəhid verən və ya Vətən yarası olmayan bir ailə tapasan. Belə olan halda, biz Azərbaycana necə xəyanət edə bilərik?!”.

Adının çəkilməsini istəməyən aktrisa deyir: “Üç və ya dörd il bundan əvvəl idi. Bizə yüksək qonorar müqabilində müxtəlif rollar təklif olundu. Bilirsiniz, teatr aktyorlarının qazancı elə də çox deyil. Ona görə də filmdə çəkilmək istəyirsən. Amma bizə rolumuz, hansı obrazı yaradacağımız barədə heç nə demirdilər. O zaman teatrda tamaşada oynayırdıq. Ona görə də razılıq versək də, filmdə çəkilişə tələsmirdik. Amma iki gün sonra teatrın direktor müavini bizə hər şeyi başa saldı və bu filmə çəkilmək üçün tələsik qərar qəbul etməməyi məsləhət gördü. Mən də filmdə çəkilmədim. Sonradan öyrəndik ki, bu filmin ssenari müəllifi Azərbaycanın düşməni olan bir insandır. Belə çıxır ki, R.İbrahimbəyov teatrın binasından və bizim aktyorluq qabiliyyətimizdən istifadə edərək Azərbaycana daha böyük zərbə vurmaq istəyib. Belələrinə xalqının düşməni adından başqa nə ad vermək olar?!”.

Aktyorların hamısının fikri budur ki, R.İbrahimbəyovun əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların tarixi Vətənləri - Azərbaycan ilə münasibətlərini korlamaq, bizi düşmən etmək, təkləmək və parçalamaq olub. Gürcüstanda yaşayan azərbaycanlılar isə buna yol verməzlər.

AzNews.az