ABŞ prezidenti Barak Obamanın İsrail və Fələstinə ziyarəti Qəzzada yüzlərlə adam tərəfindən etirazla qarşılanıb. ABŞ prezidenti Barak Obamanın İsrail və Fələstinə ziyarəti Qəzzada yüzlərlə adam tərəfindən etirazla qarşılanıb.

Obama, Fələstinə xoş gəlmədin!

ABŞ prezidenti Barak Obamanın İsrail və Fələstinə ziyarəti Qəzzada yüzlərlə adam tərəfindən etirazla qarşılanıb.



Qadın və uşaqların qatıldığı aksiyada etirazçılar üzərində`` Obama, Fələstinli uşaqlar işğala xeyr deyir``,`` Obama Fələstinə xoş gəlmədin`` yazılı plakatlar daşıyıb. Nümayişçilər ABŞ bayrağını yandırıblar.

Onlar Fələstin rəhbərliyindən Yəhudi məskunlaşma vahidləri inşası dayandırılmadan və fələstinli məhbuslar azad edilmədən müzakirələrə davam edilməsi üçün edilən təzyiqlərə boyun əyməməsini istədi.
  
Aksiyanın təşkilatçılarından `Fələstinin azadlığı üçün Demokratik Cəbhə`` adlı hərəkatın Siyasi Büro üzvü Talal Əbu Zərifə qeyd edib ki, fələstinli bütün qruplar, Obamanın ziyarətinə qarşı çıxır. Çünki fələstinlilərə edilən hücumlar, məskunlaşma vahidi tikintisi, Qəzza embarqosu və məhbuslara rəftar mövzusunda ABŞ İsrailin etdiklərinə boyun əyir və tərəfli davranır.
    
Talal Əbu Zərifə aksiyanı Obamanın ziyarətinə qarşı çıxdıqlarını göstərmək üçün təşkil etdiklərini də bildirib. Onun sozlərinə görə, Obama əgər sülh istəyirsə İsrailə hüququn üstündə bir dövlət kimi deyil də, normal bir dövlət kimi münasibət göstərməli və beynəlxalq qanunlara uyğun gəlməsini təmin etməlidir.


Xəyalə Məmmədova
AzNews.az