Tbilisidə hökumətə qarşı aksiya davam edir - Fotolar (Yenilənib)

Tbilisidə parlamentin binası qarşısında saat 17:00-dan başlamış aksiya davam edir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yağışın başlaması səbəbindən parlament binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb.

Aksiya iştirakçıları yağışdan qorunmaq üçün çadırlara toplaşıblar.

Zaza Saralidze jurnalistlərə açıqlamasında deyib ki, oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər Rustaveli prospektindəki çadırdan çıxmayacaq.

***

19:38

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyaya ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze də qatılıb.

O, aksiya iştirakçıları qarşısında çıxış edərək, daxili işlər naziri Giorgi Qaxariya və ədliyyə naziri Tea Tsulukianinin istefasını tələb edib.

Z. Saralidze həmçinin hakim “Gürcü Arzusu” partiyasını ədalətsizliyə qarşı birgə mübarizəyə qoşulmağa çağırıb.

***

17:50

Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, mitinqdə iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.

Mitinqdə Gürcüstanın "Vahid Milli Hərəkat", "Demokratik Gürcüstan", "Avropa Gürcüstanı" və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.

***

İyunun 10-da Gürcüstan parlamentinin qarşısında yenidən mitinq keçirilməyə başlanıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, mitinq "Öldürmə" devizi altında keçirlən aksiyada əsasən hökumətin istefası tələb olunur.

Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Lakin görüşdən on gün keçməsinə baxmayaraq əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: "Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardir və istefaya getməlidir".

Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.

Hazırda parlamentin önündə 5 mindən çox insan toplaşıb. Rustaveli prospekti bağlanıb. Lakin axşama doğru onların sayının bir neçə.min nəfər artacağı söylənilir.

Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Vake yaşayış massivində, Xorava küçəsində 51 saylı məktəbin iki 16 yaşlı şagirdi münaqişə nəticəsində bıçaqla qətlə yetiriliblər. Prokurorluq araşdırma zamanı əsl gunahkarların məsuliyyətdən yayınmasına imkan yaratdığı üçün valideylər və onların tərəfdarları aksiyalara başlayıblar.

AzNews.az

image description image description image description