Azərbaycandan Türkiyəyə daha tez çatmaq mümkün olacaq?

Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” nəzarət-buraxılış məntəqəsinədək məsafə 4 saatadək azalacaq.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ölkənin qərbi ilə şərqini əlaqələndirən Rikot aşırımında yol tikintisi üçün tender elan edib.