Bu gün Azərbaycan Ordusunun yaranmasının 100 illik yubleyi ilə bağlı Bakıda, "Azadlıq” meydanında möhtəşəm hərbi parad baş tutdu. Paradı qəbul edən Azərbaycanın Ali Baş Komandanı, cənab prezident İlham Əliyev nitqində Silahlı Qüvvələrimizin gücündən danışaraq qeyd etdi ki, Azərbaycan Ordusu hər an işğalda olan torpaqlarımızı azad etməyə hazır və qadirdi. Son illər əsgərlərimizin əldə etdiyi nailiyyətlərdən söz açan Ali Baş Komandan, düşmən Ermənistanın Silahlı Qüvvələrimizin gücündən qorxduğunu diqqqətə çatdırdı. Bu gün Azərbaycan Ordusunun yaranmasının 100 illik yubleyi ilə bağlı Bakıda, "Azadlıq” meydanında möhtəşəm hərbi parad baş tutdu. Paradı qəbul edən Azərbaycanın Ali Baş Komandanı, cənab prezident İlham Əliyev nitqində Silahlı Qüvvələrimizin gücündən danışaraq qeyd etdi ki, Azərbaycan Ordusu hər an işğalda olan torpaqlarımızı azad etməyə hazır və qadirdi. Son illər əsgərlərimizin əldə etdiyi nailiyyətlərdən söz açan Ali Baş Komandan, düşmən Ermənistanın Silahlı Qüvvələrimizin gücündən qorxduğunu diqqqətə çatdırdı.

“Qarabağımızda hərbi parad keçirəcəyimiz gün uzaqda deyil” - Deputat

Bu gün Azərbaycan Ordusunun yaranmasının 100 illik yubleyi ilə bağlı Bakıda, "Azadlıq” meydanında möhtəşəm hərbi parad baş tutdu. Paradı qəbul edən Azərbaycanın Ali Baş Komandanı, cənab prezident İlham Əliyev nitqində Silahlı Qüvvələrimizin gücündən danışaraq qeyd etdi ki, Azərbaycan Ordusu hər an işğalda olan torpaqlarımızı azad etməyə hazır və qadirdi. Son illər əsgərlərimizin əldə etdiyi nailiyyətlərdən söz açan Ali Baş Komandan, düşmən Ermənistanın Silahlı Qüvvələrimizin gücündən qorxduğunu diqqqətə çatdırdı.

Millət vəkili Zahid Oruc "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan əsgəri istənilən vaxt işğalda olan ərazilərini azad etmək iqtidarındadır:

"Mən əvvəla sizi, bütün xalqımızı Ordu günü münasibətilə təbrik edirəm. Qoy hər zaman ordumuz zəfər çalsın. Bu gün cənab prezident də paradda qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri istər şəxsi heyət baxımından, istər maddi-texniki təchizat baxımından dünyanın güclü orduları sırasındadır. Ordumuzun yaranma tarixi 100 il olsa da, arada 70 ildən çox zaman itirilib, sovetlərin tərkibində olmuşuq. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ordu quruculuğu başladı. Qısa zamanda nizami əsgəri qüvvə bərpa olundu.

Ulu öndərin laiqli davamçısı, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi prosesi davam edir. Dövlət büdcəsindən ən çox vəsaitin orduya yönəldilməsi, ən müasir silahların alınması, əsgər nizam-intizamının yaradılması, bunlar hamısı uğurlu ordu siyasətinin nəticəsidir. Müharibə aparan ölkənin bu cür güclü ordusunun olması vacibdir. Həm də hava-su kimi. Cənab prezidentin də dediyi kimi, ordumuz qısa müddətdə işğalda olan ərazilərimizi erməni terrorçularından təmizləyəcək. Bu günə çox az qaldı. Biz də Qarabağımızda hərbi paradımızı keçirəcəyik”.

AzNews.az