Bakıda ABŞ-ın müstəqilliyinin 242-ci ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib. Bakıda ABŞ-ın müstəqilliyinin 242-ci ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib.

Bakıda ABŞ-ın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul

Bakıda ABŞ-ın müstəqilliyinin 242-ci ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Qil deyib ki, iyulun 4-ü ailə üzvlərinin bir araya gəlib demokratiyanı qeyd etmək və ABŞ-ın azadlığı uğrunda həlak olanları yad etmək üçün bir bayramdır. O qeyd edib ki, 100 il bundan əvvəl ABŞ-ın prezidenti Vudro Vilson bildirib ki, həm Azərbaycan, həm də ABŞ xalqı bilir ki, tarixi və əsas dəyərləri ehtiramla yad etmək bizə cəmiyyət olaraq davam etmək istədiyimiz yolu müəyyələnləşdirməyə imkan verir. U.Qil əlavə edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu ölkə ilə çiyin çiyinə çalışıb: "ABŞ müstəqil, sabit və çiçəklənən Azərbaycanı dəstəkləməyə davam edir".

Öz növbəsində, Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanla ABŞ arasında siyasi dialoqun genişləndirilməsi hər iki dövlətin maraqları çərçivəsində inkişaf edir: "ABŞ Azərbaycanın regionda həyata keçirdiyi transmilli enerji layihələrinə həmişə dəstək verib. ABŞ prezidentinin nəhəng layihələri dəstəkləməsi Azərbaycanda xeyli alqışlanır".

Daha sonra S.Şərifov iki ölkə arasında həyata keçirilən səfərlərin və dövlət başçılarının bir-birinə ünvanladığı təbriklərin əhəmiyyətindən danışıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Azərbaycanın ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu münaqişənin ədalətli şəkildə həlli üçün səylərinə böyük ümid bəsləyir.

Daha sonra tədbirdə Amerika ilə bağlı konsert keçirilib.