NATO-nun hər sammiti ərəfəsində üzv və iştirakçı dövlətlərin buna böyük bir məzmun verməsi artıq adi hal alıbdır. NATO-nun hər sammiti ərəfəsində üzv və iştirakçı dövlətlərin buna böyük bir məzmun verməsi artıq adi hal alıbdır.

Bu sammit də digərlərinə bənzəsə...

NATO-nun hər sammiti ərəfəsində üzv və iştirakçı dövlətlərin buna böyük bir məzmun verməsi artıq adi hal alıbdır.

Lakin növbəti sammit yetişir, Alayans üzvləri danışıb-söhbətləşib dağılışırlar və demək olar ki, heç nə baş vermir. Əksinə, hər yeni sammitdə yeni-yeni ziddiyyətlər üzə çıxır və hətta məlum olur ki, trans-atlantik təhlükəsizlik ideyası belə, daha əvvəlki aktuallğında deyildir. Lap Krılovun məşhur təmsilindəki kimi: hərə arabanı bir tərəfə çəkir...

Bu sammit ərəfəsində də vəziyyət təxminən belədir. Artıq indidən Avropa ölkələri bərk narahatdırlar ki, sammitdən dərhal sonra Rusiya prezidenti ilə görüşəcək ABŞ prezidenti D.Tramp onlara daha bir sürpriz yaşatmayacaq ki?

Avropa Birliyi ölkələri artıq çoxdan kontinentin ölkələrinə yanaşmada “pilləvari prinsip”in tərəfdarıdırlar; bəli, biri var tox və problemsiz Qərbi Avropa, biri də var, problemli Şərqi Avropa ölkələri.

Qərbi Avropa ölkələri şərqli qohumlarını öz standarlarına yaxınlaşdırmaq üçün epizodik cəhdlər etdilər. Amma sonradan bunun bekara məşğuliyyət olduğunu anlayıb dedilər ki, Avropadakı inkişafa da differensial yanaşmaq gərəkir. Təəccüblənmək lazım deyil ki, nəyə görə Polşa sosial göstəricilərinə görə, məsələn, Danimarkanın səviyyəsində deyil?

Ona görə də Avropa proseslərilə bağlı ümidlər də fərqli və differensialdır. Qərbi Avropanın hansı cabaları yaşadığı bizim üçün tam anlaşıqlı olmasa da, Şərqin qayğılarını anlamaq iqtidarındayıq. Elə bu baxımdan növbəti NATO sammiti də istisnalıq təşkil etmir. Məsələn, bu günlərdə hamını belə sual maraqlandırır ki, görən, Alyans GUAM üçülüyünə - Moldovaya, Gürcüstana və Ukraynaya hansı cavabı verəcək, onlar üçün daha hansı mərhələləri və ya statusları düşünəcəkdir?

Ermənistanın da baş naziri çox ciddi şəkildə NATO-nun növbəti sammitinə hazırlaşırdı. Düzdür, N.Paşinyanın bəlağətli bəyanatlardan başqa Alyansa nə təklif edəcəyini təxmin edə bilmirik. Çünki Rusiya bu xüsusda İrəvanın çabalarını diqqətdə saxlayır. Ancaq duyulanı budur ki, N.Paşinyan ölkəsinin müxtəlif NATO proqramalarında iştirakını əvvəlki dövrlərlə müqayisədə intensivləşdirmək əzmindədir. Buna baxmayaraq, daha intensiv və ciddi təmaslar üçün Rusiyayla münasibətlərə yenidən baxılmalıdır.

Hələ ki, ermənilər eyni vaxtda iki “stulda oturmağa” cəhd edirlər – bir tərəfdən AB ilə sıx əlaqələrə can atır, digər tərəfdən də Avrasiya Birliyində qalmağa çalışırlar. Bir tərəfdən KTMT-nın üzvü kimi bir status daşıyır, digər tərəfdənsə dünyanın digər hərbi-siyasi qütbü – NATO ilə təmasları artırmağa cəhd edirlər.

Hər şeyi qamarlamaq ermənilərin lap çoxdanki xislətidir. İndi də düşünürlər ki, bu nömrə iki çarpışan, bir-birini didməyə hazır olan iki hərbi və geosiyasi-geoiqtisadi qütbə münasibətdə də alınacaq. Sözsüz ki, erməniləri tamam axmaq yerinə qoymaq da olmaz. Bunların Qərbə, AB-yə tərəf üz tutmasının ən azı, bir neçə səbəbi var.

Birincisi, Ermənistan real gücün və inkişaf perspektivinin kimin tərəfində olmasının fərqindədir. Əgər orta statistik rus yazıçısı deyirsə ki, ölkəsi Avropadan azı 150 il geri qalıb, bunun ermənilərin ağlına belə gəlməyəcəyini düşünməyə əsas yoxdur. Onlar yetərincə hiyləgər millətdirlər və siyasi küləklərə həssaslıqlarını da hələ itirməyiblər.

İkincisi, ermənilərin istəyinə rəğmən Rusiya Cənubi Qafqazdakı maraqlarını bütünlüklə Ermənistanın axmaq ideyalarına tabe edə bilməz. Çünki Rusiyanın bu regionda başqa maraqları da var. Məsələ burasındadır ki, ermənilər Kremldən özlərinə ABŞ-ın İsrailə olan münasibətinə bənzər münasibət umurlar.

Ücüncüsü, dünyadakı modernləşmə dalğasından da geri qalmaq istəmirlər. Heç də sirr deyil ki, NATO-dan, AB-dən çox şey öyrənmək və hətta nəsə qoparmaq da olar. Onlar isə bunun ustasıdırlar...

Elə bu səbəbdən də biz də bu prosesləri diqqətdə saxlamalıyıq. Azərbaycanda belə misal var: “Seyyid cəddinə arxayın olan kimi...”. Biz də yalnız neftimizə və qazımıza arxayın olmamalıyıq. Alyanslar, çoxtərəfli əlaqələr və dünya siyasətində iştirak – bunlar çox vacib amillərdir...

Əlbəttə ki, söhbət NATO-ya və AB-nə üzvlükdən getmir. Bunlar ciddi bir şəkildə gündəmdə deyil – bu haqda ciddi danışmağı ciddi təhlilçilər və politoloqlar özləri üçün yüngüllük və ya qeyri-peşəkarlıq hesab edirlər.

O səbəbdən də “Qonşudan geri qaldıq!” deyə panikaya düşmək üçün bir əsas yoxdur. Ancaq tale bizə elə “qonşu” qismət edib ki, onun işi-peşəsi hara qoşulursa, qoşulsun, harada iştirak edirsə, etsin, bizim əleyhimizə iş aparmaqdır. Ona görə biz də heç yerdə stulumuzu boş qoymamalıyıq.

Hüseynbala Səlimov
AzNews.az