- Köhnə - Siyasət
- 10 İyul 2018 14:00
- 5 178
Türkiyə prezidenti Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib

Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
Ərdoğan Türk Şəhidliyini ziyarət edərkən "Bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin hər sahədə böyüməsi və inkişafı üçün əlimizdən gələni edəcəyik", deyə bildirib.
AzNews.az