“Robert Koçaryanın həbs olunması haqqında olan xəbərlər müəmmalıdır və hələ tam dəqiq deyil”. “Robert Koçaryanın həbs olunması haqqında olan xəbərlər müəmmalıdır və hələ tam dəqiq deyil”.

“Koçaryan həbs olunubsa, harada saxlanılır?" - Əvəz Həsənov

“Robert Koçaryanın həbs olunması haqqında olan xəbərlər müəmmalıdır və hələ tam dəqiq deyil”.

Bunu AzNews.az-a açıqlamasında konfliktoloq Əvəz Həsənov deyib. O bildirib ki, Koçaryanın həbsi real deyil:

“Onun həbsi tam dəqiq deyil. Bizim saytlarda məlumatlar var ki, həbs olunub, lakin bunlar bir qədər yanlış məlumatlardır. Məhkəmə qərar verə bilər, ancaq həbs olunmasının, yəni təcridxanaya salınmasının təsdiqi yoxdur. Düzdür, son məlumata görə, o saxlanma şəraitindən razıdır. Ancaq harada saxlanır? Vəkili kimdir? Necə həbs olundu? Bu barədə erməni qaynaqları dəqiq bir söz demir.”

Ə.Həsənov həmçinin deyib ki, Paşinyan hakimiyyətinin bu cür addımlar atmaqda marağı növbəti seçkilərdir:

“Paşinyan faktiki olaraq Dağlıq Qarabağ klanını zərərsizləşdirmək üçün belə məhkəmə proseslərinə gedəcək və bu proseslər həm Avropa, həm də Amerikada ona müəyyən imicin gətirilməsinə hesablanıb. Əgər o, ilin sonunda və ya gələn ilin aprel ayında seçkilərə getsə, ilk növbədə Dağlıq Qarabağ klanının (Ermənistanın oliqarxları) maliyyə və nüfuzlarını, rıçaqlarını zəiflətməlidir, onun başqa çıxış yolu yoxdur. Paşinyan Korrupsiya ilə mübarizə adı altında səs-küylü məhkəmə proseslərini başlayıb Qərbin rəğbətini qazanmaq və daxildə öz hakimiyyətini gücləndirmək istəyir.”

Ə.Həsənov Ermənistanda baş verə biləcək yeni çevrilişlərlə bağlı qeyd edib ki, bu cəhd ancaq Köçəryan və Sarkisyan tərəfindən ola bilərdi:
“Paşinyan demək olar ki bu kampaniyanı onların əleyhinə başlamaqla faktiki olaraq onların çevriliş etmək imkanlarını azaldır. Eyni zamanda Qərbdən də siyasi və maddi dəstək almaq üçün belə oyunlara əl atır.”

Konfliktoloq Ermənistandaki rus qoşunlarının Ermənistan hakimiyyəti ilə 2045-ci ilə qədər müqavilə bağladıqlarını və Ermənistanın bu müqaviləni pozmaq iqtidarında olmadığını da əlavə edib:

“Ermənistan bu müqaviləni pozmaq haqqında düşünmür. Əksinə ola bilsin ki Rusiya Paşinyan hökumətinə əlavə kreditlər verməklə yardım etsin. Ermənistanın Qərbdən gözlədiyi maliyyə dəstəyidir. Qərbin isə dəstək göstərmək üçün əlində ciddi əsas olmalıdır . Bunun üçün isə Ermənistanın siyasəti Qərb üçün maraqlı olmalıdır. Paşinyan hakimiyyəti qeyri-rəsmi bəyənatlar verərək Qərbin təsir dairəsindən çıxmadığını göstərir. Rusiya mətbuatı isə əksinə bu bəyanatları ələ salır.”

Pərvanə Ağazadə
AzNews.az