- Köhnə - Siyasət
- 17 Avqust 2018 16:04
- 7 327
“Paşinyanı bu pullar hakimiyyətə gətirdi” - Ekspert müdhiş rəqəmlər açıqladı
Ermənistanda inqilab yolu ilə Sarkisyan hakimiyyətinin devrilməsi barədə maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, inqilab dalğasını alovlandırmaq üçün öncədən Qərb təşkilatları tərəfindən müxtəlif təşkilatlara, QHT-lərə külli miqdarda qrantlar ayrılıb. Bu məsələdə “Soros” fondunun adı daha çox hallanır.
Belə ki, Ermənistanda 5 minə yaxın ictimai təşkilat və fond qeydiyyata alınıb, onların ən aktiv hissəsi “Soros” fondunun erməni filialı tərəfindən maliyyələşdirilir. Fondun Ermənistan filialı 1998-ci ildən bəri qrant verir. Xüsusən də insan hüquqlarını müdafiə edən təşkilatlara və media qurumlarına zaman-zaman kifayət qədər ciddi vəsaitlər ayırır.
Külli miqdarda qrant almaqda adı keçən erməni təşkilatlarından biri “Transparency International”-dır. Təşkilatın məqsədi demokratiyanın gücləndirilməsi yolu ilə korrupsiyanın səviyyəsini azaltmaq və Ermənistanda yaxşı idarəçiliyə nail olmaqdır. Təşkilat 2012-ci ildən yalnız “Soros” fondundan qrant olaraq 362 min dollar alıb. “Demokratiya üçün Əməkdaşlıq Mərkəzi” adlı başqa bir təşkilat isə Ermənistanda insan hüquqları, ekologiya və məhkəmə-hüquqi islahatlar sahəsində bir sıra proqramlar həyata keçirir. Təkilat insan hüquqlarının pozulması vəziyyətini izləyir, təhlil edir. Bu qurum “Soros” fondundan 2013-cü ildən etibarən 190 min dollardan çox bəxşiş alıb. "Asparez" jurnalı klubu isə Sorosdan 2012-ci ildən bəri hədiyyə şəklində 478 min dollar vəsait alıb. Həmçinin, “Soros” fondunun erməni filialı "İctimai jurnalistika klubu"na 2012-ci ildən etibarən təxminən 470 min dollar ayırıb.
Ermənistanda bu şəkildə onlarla belə təşkilata “Soros” fondu tərəfindən maliyyə yardımları edilib. Və bu təşkilatların Ermənistanda hakimiyyət çevrilişi zamanı inqilabçılara var gücləri ilə dəstək olmaları olduqca diqqət çəkir.
Mövzunu "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva ilə müzakirə etdik. Onunla erməni təşkilatlarına verilən bu qrantların hansı formada xərclənməsi, “Soros” fondunun bu vəsaitləri ayırmaqda əsas məqsədi, bunların Rusiyaya qarşı yönəlmə ehtimalının olub-olmaması, eləcə də yardımların əsasən media klubarına, qadın təşkilatarına və sosial şəbəkədə aktiv olan qruplara verilməsinin səbəbləri barədə danışdıq.
S.Mustafayeva bildirdi ki, əslində, Qərbdən Ermənistana küllü miqdarda ianələr, qrantlar hələ 90-cı illərin əvvlərindən axmağa başlayıb. Bu ianələr Ermənistan QHT-lərinə verilir ki, onlar da əhalidən informasiya toplayır və qrantverənlərə çatdırırlar. Yəni, müxtəlif sahələrdən seçilmiş erməni ictimaiyyətinin nümayəndələri haqqında məlumatlar qrantla qarşılanır. Nəticədə, Ermənistanın ictimai-siyasi həyatına təsir edən kadrlar yetişdirilir. Hansı ki, bu kadrlar inqilab zamanı özünü göstərdi. Nəticədə, xaricdən qrant hesabına bəhrələnən həmin qruplar soradan ölkə daxilində xarici donorların siyasətini tətbiq etməyə başladılar.
Samirə Mustafayeva qeyd etdi ki, “Soros” kimi təşkilatların əsas məqsədi insanları pulla ələ almaq və öz siyasətini yeritməkdən ibarətdir:
“Bu fond Ermənistana külli miqdarda pul vasaiti ayırıb. Buna misal olaraq, Ermənistanda “Məlumatlı insanların ittifaqı” Qeyri Hökumət Təşkilatının adını çəkmək olar. Onun başında Daniel İonnisyan durur ki, o da hazırda Paşinyan hökümətinin tərkibində çalışır və eyni zamanda, Ermənistanda “Soros”-un filialına rəhbərlik edir. Bu fondun əsas məqsədi asılılıq yaratmaqdır, açığını desək, bu da Amerika siyasətinin dünyaya təbliğidir. Yəni insanların maliyyə asılığlığını təmin etməklə onları fikir ayrılığına sürükləyirlər. Bu da özlüyündə “parçala və hökm sür” siyasəti deməkdir. Əslində, Amerikanın bu siyasəti Rusiya tərfdarlarını azaltmaq, hegemonluğu öz əlində saxlamaqdan ibarətdir”.
Ekspertin sözlərinə görə, hər kəs öz ətrafına cəmiyyətdə liderliyi olan, çevrəsində kütləni birləşdirməyi bacaran, insanları və qrupları öz ətrafına cəlb etməyə çalışır. Bu baxımnan da xarici donorlar elə QHT-lər, klublar seçirlər ki, gələcəkdə də onlarla işləyə bilsinlər. Buna Ermənistanda QHT bazasını təşkil edən “Eravan press-klubu”nu misal göstərmək olar. Hansı ki, bu təşkilat söz azadlığını əlində bayraq edib, pərdə arxasında xarici donorun siyasətinə xidmət etməkdədir Eynilə Ermənistanda fəaliyyət göstərən çox sayda Mətbuat Klubuna da milyonlarla qrant verilib və bununla mediada xarici sifarişlə işləyən jurnalist təbəqəsi formalaşdırılıb .
Nikol Paşinyanın necə bir rəhbər olduğuna, Ermənistanda proseslərin hansı səmtə getdiyinə gəldikdə isə Samirə xanım vurğiladı ki, Paşinyan Ermənistanda “Soros”un diqtəsilə olan bir hökümət qurmaq istəyir. Buna misal: Ermənistanın Dövlət Nəzarəti Nazirliyinə rəhbərlik edən David Sanasaryan qərbyönümlüdür, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Soros” fondunun maliyyələşdirdiyi “Transparency İnternational” təşkilatında koordinatordur, Təhsil və Elm Naziri Araik Arutunyan Helsenki Yurddaşlar Dərnəyi və “Transparency İnternational” təşkilatlarında işləyiblər. Müdafiə naziri David Tonoyan və başqalarını da misal çəkmək olar ki, bu da açıq–aşkar Paşinyanın ABŞ və Qərb dövlətlərinin əmrində olduğunu göstərir.
Elgün MƏNSİMOV
AzNews.az