Fərəc Quliyev: “Bu diplomatların öz işidir”

"Bu, xarici diplomatların öz işidir. Onlar hansısa tədbirə gələ də, gəlməyə də bilərlər. Buna görə onların məsələsini hardasa qaldırmaq olmaz ki. Tədbirə dəvət olunanda könüllükük prinsipi ilə davranılır"

Bu fikirləri AzNews.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım hadisələrinin anım tədbirlərinə Azərbaycanda xarici ölkələri təmsil edən diplomatik korpus əməkdaşlarının iştirakdan yayınmalarını şərh edərkən deyib. F.Quliyev heç də hesab etmir ki, diplomatlar bu məsələdə tamamilə laqeydlik nümayiş etdirirlər:

"Son dövrlərdə "Qarabağ dinləmələri" ilə bağlı tədbirlərdə iştirak etmişəm. Həmin tədbirlərdə parlamentarilər kütləvi şəkildə təmsil olunublar. Bu mənada biz məsələyə total yanaşma göstərə bilmərik və hər hansı bir ölkənin səfiri, yaxud da diplomatı fərqli mövqe nümayiş etdirirsə, bunu bütün diplomatlara şamil etmək olmaz. Ona görə də konkret halla rastlaşmadığım üğün bu məsələyə hər hansı münasibət bildirməkdən uzağam və bu məsələnin beynəlxalq qurumlarda qaldırılması da absurd məsələdir".

Gültəkin
AzNews.az