- Köhnə - Siyasət
- 22 Sentyabr 2018 14:51
- 4 861
Azərbaycan və Aİ arasında yeni saziş üzrə növbəti danışıqların vaxtı açıqlandı
Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti raundu oktyabrın 2-3-də Brüsseldə keçiriləcək.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O qeyd edib ki, danışıqlar zamanı siyasi sahədə razılaşmalar müzakirə olunacaq.
Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
AzNews.az