- Dünyanın halı
- 13:37
- 541
Pakistan İrandan husilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmasını istəyib
Pakistanın ordu komandanı Asim Münir dəfələrlə iranlı rəsmiləri husilərin Səudiyyə Ərəbistanına və ölkənin enerji infrastrukturuna hücumlarının dayandırılması üçün çalışmaq çağırışında bulunub.
“Financial Times” bu barədə məsələ ilə tanış şəxslərə istinadən məlumat yayıb.
Məlumata görə, Pakistan rəsmiləri Tehrana bildiriblər ki, Ər-Riyad Məkkə müdafiə paktı çərçivəsində rəsmi şəkildə yardım istəsə, İslamabad Səudiyyə Ərəbistanının müdafiəsi üçün hərəkətə keçmək məcburiyyətində qala bilər.
Diplomat qəzetə bildirib ki, Səudiyyə Ərəbistanının region ölkələrindən dəstək almaq səylərinin ciddi nəticə vermədiyi görünür. Onun sözlərinə görə, hazırda nə Ər-Riyad, nə də husilər danışıqlar aparmağa hazır görünür.
Mövsüm,
AzNews.az