“Olmayan şeyin hesabatını necə verəcəyik?” “Olmayan şeyin hesabatını necə verəcəyik?”

AXCP maliyyə hesabatı vermək niyyətində deyil - DİRƏNİŞ

“Olmayan şeyin hesabatını necə verəcəyik?”




"Azərbaycan Xalq Cəbhəsi Partiyası heç bir maliyyə hesabatı vermək fikrində deyil. Olmayan şeyin hesabatını necə verəcəyik? Partiyanın maliyyə fondu yoxdur".

Bu sözləri AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. O bildirib ki, AXCP üzvlərinin əksəriyyəti hakimiyyətin təzyiqləri nəticəsində işsizdirlər və heç bir gəlirləri yoxdur:


"Partiya üzvlərinin 90 faizi işləmir. İşləməyən adamlardan necə pul alaq?! Bu səbəbdən də heç kimdən üzvlük haqqı yığa bilmirik. Rayonlara səfərlərimiz və digər işlər üçün də hamımız öz cibimizdən xərcləyirik. "

N. Məmmədlinin sözlərinə görə, partiyanın nizamnaməsinə əsasən aylıq gəlirin 1 faizi nisbətində üzvlük haqqı ödənməlidir. Ancaq partiya üzvləri arasında işləyən adam çox az olduğu üçün üzvlük haqqı yığılmır.

Qeyd edək ki, bu gün 2012-ci il üzrə illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların sayı və adı açıqlanıb. Həmin partiyalar sırasında AXCP, VHP, DADP, ALP, MMP, KXCP, VİP, Azadlıq, Yurddaş, Kommunist və digər partiyalar var.

Onu da bildirək ki, Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur.

Anar
AzNews.az