“Maksim Musayevin ağsaqallığına hörmət edərək, ona çox normal cavab vermişdim…” “Maksim Musayevin ağsaqallığına hörmət edərək, ona çox normal cavab vermişdim…”

Eldar İbrahimov nazir olmaq istəyir? – CAVAB

“Maksim Musayevin ağsaqallığına hörmət edərək, ona çox normal cavab vermişdim…”



"Mən Maksim Musayevin dediklərinə cavab vermək istəmirəm. Azərbaycan xalqı Eldar İbrahimovu da tanıyır, Maksim Musayevi də. Kimin kim olduğunu da yaxşı bilir".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, deputat Eldar İbrahimov deyib. E.İbrahimov YAP-ın qurucularından olan Maksim Musayevin "Yeni Müsavat" qəzetinin bugünkü sayında dərc olunan müsahibəsində onunla bağlı ittihamlarına münasibət bildirib.

E.İbrahimov bildirib ki, M.Musayevin ilk müsahibəsində normal, etik çərçivədə münasibət bildirib, ancaq M.Musayev ona təhqirlərlə cavab verir: "Mən M.Musayevin ağsaqallığına hörmət edərək, ona çox normal cavab vermişdim. O isə mənə böhtan atmağa, təhqir etməyə başlayıb. Buna görə də mən daha ona heç nə deməyəcəm".

Deputat qeyd edib ki, keçmiş YAP-çının ittihamlarının heç birinə cavab vermək niyyətində deyil.

Qeyd edək ki, M.Musayev müsahibəsində E.İbrahimovu kənd təsərrüfatı naziri İsmət Abbasovun yerinə keçmək istəməkdə ittiham edib: "Mən heç vaxt nazir vəzifəsi üçün çalışmamışam və nazir olmadığım üçün gileylənməmişəm. Eldar İbrahimov isə nazir olmaq üçün illərdir dəridən-qabıqdan çıxır. İndiki kənd təsərrüfatı naziri İsmət Abbasovun yerinə keçmək üçün Eldar İbrahimov neçə vaxtdır özünü öldürür."

Anar
AzNews.az