İlham Əliyev Avroviziya ilə bağlı göstəriş verdi

Səsvermə zamanı yaranan anlaşılmazlıq iki ölkə arasında diplomatik qalmaqala səbəb oldu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Evrovision -2013"ün finalında Azərbaycanın Rusiyaya səsə verməməsi ilə bağlı yaranmış gərginliyə münasibət bildirib.

Səfir Rusiya KİV-nə açıqlamasında qeyd edib ki, Azərbaycan əslində Rusiyaya 10 bal verib, lakin həmin səslər "harasa yoxa çıxıb". Səfir konkret olaraq nə baş verdiyinin məlum olmadığını, lakin ölkə prezidenti İlham Əliyevin bu xoşagəlməz insidentlə məşğul olmaq üçün artıq göstəriş verdiyini açıqlayıb: "Hörmətli prezident İlham Əliyev bu məsələ ilə bağlı məşğul olmaq üçün göstəriş verib və hazırda aşağıdakı mənzərə ortaya çıxır: Azərbaycanda Rusiyaya səs verilib və konkret səs sayı var. Lakin məsələ ondadır ki, həmin səslər Almaniyada hesablanır və artıq belə deyək, final nəticə orada yayılır".

Açıqlamada o da qeyd edilir ki, bu təsdiqini tapacağı halda Rusiyanın cədvəldəki yeri dəyişə bilər.(qafqazinfo.az)

AzNews.az