- Köhnə - Siyasət
- 22 İyul 2013 13:03
- 2 592
“Beynəlxalq birliklə Azərbaycan iqtidarı heç bir problem yaşamır”
Bunu AzNews.az-a açıqlamasında deputat Çingiz Qənizadə deyib. O bildirib ki, bu gün Azərbaycan iqtidarının yürütdüyü xarici siyasət ölkəni dünyanın önəmli dövlətlərindən birinə çevirib: "Bu gün Azərbaycan postsovet məkanında yeganə ölkələrdəndir ki, öz müstəqil siyasəti ilə hamı ilə dil tapmağı və hesablaşmağı bacarır. Bu gün Gürcüstan, Ukrayna, Qırğızıstan və digər MDB dövlətlərindən fərqli olaraq Azərbaycanı heç bir dövlət ölkəmizi öz təsir dairəsinə ala bilmir".
Deputat sözlərinə görə, Azərbaycan kimin forpostu deyil, məhz elə bu səbəbdən bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərəzli hesabatları olur: ""Freedom House", "Sərhədsiz Reportyorlar" və digər beynəlxalq təşkilatların Azərbaycan iqtidarını tənqid edən bəyanatları bu qəbildəndir. Müxalifət düşərgəsi bunu ciddi "siyasi hadisə" kimi cəmiyyətə təqdim etsə də, əslində beynəlxalq birliklə Azərbaycan iqtidarı heç bir problem yaşamır".
AzNews.az