“El” ümumrespublika müşavirəsi keçirəcək


Bu ay "El" hərəkatı ümumrespublika müşavirəsi keçiriləcək. Bu barədə AzNews.az-a Hərəkatın üzvü Köçəri Nağıbəyli məlumat verib. Onun sözlərinə görə, hərəkat bütün gücünü Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması uğrunda mübarizəyə sərf edəcək:

""El" hərəkatının sədri, həmçinin, bir çox üzvü Rüstəm İbrahimbəyovun seçki qərargahında təmsil olunur. Həmin üzvlərin bir neçəsi Tiflis səfərindən Bakıya qayıdanda yolüstü rayonlarda yaradılan şöbələrlə görüşlər keçirib. Bu görüşlərin sayını bir az da artıracağıq. K.Nağıbəyli deyib ki, Milli Şuranın yaranmasında "El" Hərəkatı əsas rollardan birini oynadı: "Hazırda biz "El" Hərəkatının təşkilatlanma işi ilə məşğuluq. Keçən həftə 10 rayonda təşkilatlanma işləri aparılıb".


Bahar Rüstəmli
AzNews.az