İbrahimbəyovun namizədliyi rəsmən irəli sürüləcək

Milli Şura sədrinin təşəbbüs qrupu toplanacaq və namizədliyinin təsdiq olunması üçün MSK-ya müraciət edəcək

Avqustun 12-də Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupu toplanacaq.

Musavat.com bildirir ki, Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçiriləcək toplantıda R.İbrahimbəyovun prezidentliyə namizədliyinin müzakirə olunması və rəsmən irəli sürülməsi gözlənilir.

Artıq R.İbrahimbəyovun bununla bağlı sənədlərinin hazır olduğu da bildirilir. Təşəbbüs qrupu qanunvericiliyə uyğun olaraq R.İbrahimbəyovun namizədliyinin təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

AzNews.az