Milli Şura ABŞ səfirliyindən aksiya xahişi etdi

Demokratik Qüvvələrin Milli Şurasının qurucularından olan Acıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və EL hərəkatının lideri Eldar Namazov avqustun 15-i ABŞ-ın Azərbaycandakı səfirliyində görüş keçirib.

"Turan"a açıqlama verən Sülhəddin Əkbər deyib ki, görüş Milli Şuranın Bakıda keçirmək istədiyi 18 avqust aksiyası ilə bağlı olub. Şura təmsilçiləri hökumətin sərbəst toplaşmaq azadlığını tam məhdudlaşdırdığını nəzərə çatdırıblar. Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsini birmənalı olaraq qadağan olunduğu vurğulanıb. Bakı meriyasının 18 avqust aksiyası üçün əlverişli olmayan 20-ci sahədəki meydançanı ayıracağı, Milli Şuranın bundan imtina etməyəcəyi qeyd olunub. Qurum təmsilçiləri səfirlikdən vətəndaşların aksiyaya gəlişinə mane olmamağı rəsmi Bakının nəzərinə çatdırmağı xahiş ediblər.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Berek Hoqan aksiyanın monitorinqini keçirəcəklərini və hökumətlə bu mövzuda təmas quracaqlarını qeyd edib.

AzNews.az