İlham Əliyev Balakənə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən rayonuna səfərə gəlib.

AzNews.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb.

Ümumi sahəsi 22 hektar olan bu park indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.

AzNews.az