- Köhnə - Siyasət
- 21 Avqust 2013 12:54
- 3 506
Fazil Mustafa YAP-çı həmkarlarını ittiham etdi
AzNews.az-ın məlumatına görə, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib. O, həbsdə olan sabiq deputat Gülər Əhmədovanın ev dustaqlığına buraxılması ilə bağlı prokurorluğa müraciət etməsinə münasibət bildirib.
O deyib ki, bu addımı doğru və humanist addım olaraq dəyərləndirdiyi üçün belə bir müraciət göndərib: "Burada söhbət kiminsə məsuliyyətdən azad olunmasından getmir. Törətdiyi əməl sübuta yetirilərsə məhkəmə istənilən cəzanı verə bilər və bizi məsələnin bu tərəfi qətiyyən maraqlandırmır. Azyaşlı uşağı olan, səhhətində problemlər olan keçmiş millət vəkilinin istintaq getdiyi müddətdə həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsindən gedir".
F.Mustafanın sözlərinə görə, bu cür müraciətləri istənilən siyasi və ya başqa xarakterli məhbus üçün edib və bundan sonra da edəcək: "Vətənə xəyanət, qəsdən adamöldürmə, zorlama, oğurluq, quldurluq, narkotik satışı və istifadəsi kimi cinayətlər istisna olmaqla digər kateqoriyadan olan cinayətlərin törədilməsində ittiham olunan şəxslərin yaxınları tərəfindən müraciətlərə duyarsız qalmamız mümkün deyil. Nigar Yaqublu, Tofiq Yaqublu, Əvəz Zeynallı, Qurban Məmmədov və başqa tanınmış şəxslərlə də bağlı belə müraciətimiz olub. Doğrudur, məhkəmə orqanları deputatların müraciətinə həmişə olduğu kimi hörmətsiz yanaşsalar da, biz öz insanlıq borcumuzu yerinə yetiririk".
Anar
AzNews.az