Rəsul Quliyev Cəmil Həsənliyə inanmır

Milli Şuranın üzvü, eks-spiker Rəsul Quliyev qurumun vahid namizədi Cəmil Həsənlinin prezident seçkilərində qələbə qazanacağına inanmır.

AzNews.az-ın məlumatına görə, Rəsul Quliyev bildirib ki, o, C.Həsənlini dəstəkləsə də, onun seçkilərdə qələbəsinə inanmır.

Onun sözlərinə görə, C.Həsənlinin seçkilərdə qələbə qazanmayacağını bildiyi halda onu dəstəkləməyi belə izah edib: "Sadəcə olaraq, bəzi adamların "Rəsul Quliyev qoymadı, yoxsa Cəmil Həsənli prezident seçiləcəkdi" cəfəngiyatının qarşısını əvvəlcədən almaq istəyirəm".

Anar
AzNews.az