Sabiq müavini Eldəniz Quliyevə “torba tikdi”

Bu həftə "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev Baş Prokurorluğa ifadə verməyə dəvət olunacaq.

Bu barədə AzNews.az-a "El" Hərəkatından məlumat verilib. Məlumata görə, E.Quliyevin Baş Prokurorluğa çağırılması E.Quliyevin sabiq müavini Əflan İbrahimovun şikayəti ilə əlaqədardır.

Xatırladaq ki, Əflan İbrahimov növbəti iddia ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etdiyini deyib. Müraciətdə bildirilir ki, Ziyalılar Forumunun iclasında Eldəniz Quliyev ABŞ-a və İsrailə qarşı çıxışlar edib, onlara qarşı müsəlmanların cihada hazır olmalarını bəyan edib.

Bahar Rüstəmli
AzNews.az