- Köhnə - Siyasət
- 20 Sentyabr 2013 15:59
- 2 830
Əli İnsanov Milli Şuranın namizədini dəstəkləyən BƏYANAT verib

"9 oktyabr prezident seçkilərində Milli Şuranın irəli sürdüyü namizəd professor Cəmil Həsənlini dəstəkləməyə çağırıram. Mən onu 1990-cı ildən tanıyıram. O, təkcə Milli Şuranın deyil, iqtidardan narazı olan bütün xalqın namizədidir. Buna görə Azərbaycan xalqını Cəmil Həsənliyə səs verməyə çağırıram", – deyə İnsanovun vəkili Toğrul Babayev vasitəsilə Turan-a təqdim etdiyi bəyanatında bildirilir.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Sonradan iqtisadi cinayətlərə görə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İyunun 10-da Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan məhkəmələrinin İnsanovun hüquqlarını pozması haqqında qərarı qüvvəyə minib.