Timoşenko növbəti dəfə aclıq elan etdi


Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko növbəti dəfə aclıq elan edib. AzNews.az NTV - yə istinadən xəbər verir ki, o, bu dəfə prezident Viktor Yanukoviçdən təxirəsalmadan Avropa birliyinə inteqrasiya etmək barədə sazişə imza atmağı tələb edib. Onun müraciətini vəkili Yuri Vlasenko "Avropalı Ukrayna uğrunda" devizi altında keçirilən mitinqdən əvvəl səsləndirib.
Gözlənildiyinə görə saziş bu ayın axırında Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində imzalanmalıdır. Xatırladaq ki, Ukrayna nazirlər kabineti keçən həftə sənədlərin hazırlanması prosesini dayandırmışdı.
Yeddi il həbs çəkməyə məhkum edilən sabiq baş nazir Yuliya Timoşenko hazırda xəstəxanadadır.

AzNews.az