YAP-çı deputat Müsavatın növbəti başqanının adını açıqladı – Proqnoz


"Müsavat Partiyasının başqanı olmaq uğrunda gedəcək mübarizədə partiyanın Divan üzvü Qubad İbadoğlu qalib gələcək".

Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, hazırda Müsavat Partiyasının başqanı olmaq uğrunda mübarizə iki nəfər arasında gedir: "Digər namizdlərin partiyada heç bir dəstəyi yoxdur. Əsas namizəd partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə Divan üzvü Qubad İbadoğludur. Sonda isə Qubad İbadoğlu qalib gələcək".

YAP funksionerinin sözlərinə görə, partiyanın başqanı İsa Qəmbərin Qubad İbadoğluna dəstəyi daha çox hiss edilir: "Partiyadakı əsas fiqurlar da Qubad İbadoğluna dəstək verəcəklərini bildirirlər".

Qeyd edək ki, mayın 24-də Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır. Qurultayda partiya başqanlığına seçki keçiriləcək. Hazırki başqan İsa Qəmbər isə yenidən partiyanın rəhbərliyinə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Amid
AzNews.az