Məlahət İbrahimqızı: “Həmsədrlərin tərəfləri eyni statusla dəyərləndirməsi düzgün yanaşma deyil Məlahət İbrahimqızı: “Həmsədrlərin tərəfləri eyni statusla dəyərləndirməsi düzgün yanaşma deyil

Münaqişə tərəfləri arasında bərabərlik işarəsi

Məlahət İbrahimqızı: “Həmsədrlərin tərəfləri eyni statusla dəyərləndirməsi düzgün yanaşma deyil



"ATƏT-in Minsk qrupu fəaliyyəti ərzində münaqişənin nizamlanması istiqamətində nəticə əldə etməyib. Həmsədr dövlətlər münaqişə tərəflərini eyni statusla dəyərləndirirlər. Bu isə məsələyə düzgün yanaşma deyil".

AzNews.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı yap.orq saytına deyib. Millət vəkili qeyd edib ki, dövlət başçısı dəfələrlə Azərbaycanın prinsipial mövqeyini ifadə etsə də konkret nəticə ortada yoxdur: "Nəticələrin əldə olunmamasının səbəbkarı məhz vasitəçilik missiyasını həyata keçirən həmsədrlərdir. İşağlçı Ermənistan, torpaqları işğal olunan isə Azərbaycandır. Lakin tərəflər eyni statusla dəyərləndirilir. Həmçinin, hər iki tərəfdən eyni güzəştlərin tələb olunması göstərir ki, bu yanaşma problemin həll olunmasını uzadan başlıca səbəblərdən biridir.

Gültən
AzNews.az