İlham Əliyevin Gürcüstan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri mayın 6-da başa çatıb.

AzNews.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

AzNews.az