Elmar Məmmədyarov Finlandiya prezidenti ilə görüşəcək

Cari ilin 14-15 may tarixlərində nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı nazir Elmar Məmmədyarovun Finlandiya Respublikasının Prezidenti Sauli Niinisto, həmkarı Erkki Tuomioya ilə və bir sıra digər ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzNews.az