Ərəstun Oruclu: “Ermənistan məsuliyyəti üzərindən atır”

"Ermənistan vəziyyətdən istifadə etməyə çalışır". Bunu AzNews.az-a politoloq Ərəstun Oruclu Cənubi Qafqaz regionunda baş verən gərginliyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı Ermənistan və Rusiyanın birgə atdığı addımlar Ramil Səfərovun azadlığa çıxması ilə bağlıdır: "Ermənistan tərəfi Ramilin azadlığa çıxmasından sonra tələsik qərarlar verməyə başladı. Təcili olaraq, iclaslar keçirildi, bəyənatlar verildi. Ramil Səfərovun azadlığa çıxması Azərbaycanda da bir mənalı qarşılanmadı. Ermənilər Azərbaycanın məlum qərarından sonra bu ölkəyə təzyiqləri artırmağa cəhd göstərirlər".

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda keçiriləcək təlimlərinin təxirə salınmasına gəlincə politoloq hesab etmir ki, Rusiyanın təlimləri təxirə salmasına səbəb Ermənistanın Avrasiya İttifaqına qoşulmamasıdır: "Ermənistan ilə Rusiyanın münasibətləri tam normaldı. Rusiya ilə Ermənistanın münasibətləri necə gərgin ola bilərki.

Ermənistan üçün də təlimlərin keçirilməsi əlverişli deyil. Təlimlər keçirilirsə, cəbhədə gərginlik yarana bilər deyə Ermənistan məsuliyyətdən boyun qaçırır. KTMT-nın təlimləri buna görə təxirə salınır. Çünki proseslərin gərgin olduğu müddətdə təlimlər keçirilərsə, cəbhədə qarışdurma da yarana bilər".

İlkin
AzNews.az