Şöbə müdiri macar jurnalistin Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı suallarını cavablandırıb Şöbə müdiri macar jurnalistin Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı suallarını cavablandırıb

Əli Həsənov Macarıstanın Origo News portalına müsahibə verdi

Şöbə müdiri macar jurnalistin Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı suallarını cavablandırıb

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Macarıstanın nüfuzlu Origo News portalına geniş müsahibə verib. Müsahibədə Həsənov macar jurnalistin Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı suallarını cavablandırıb.

Milli.az-ın məlumatına görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri qeyd edib ki, Ramil Səfərova Azərbaycan ictimaiyyətinin bugünkü yüksək rəğbətini şərtləndirən amillərdən biri öldürülən hərbçinin 20 mindən çox azərbaycanlını qətlə yetirən erməni ordusunun zabiti olması idisə, ikinci amil Macarıstan məhkəməsinin Səfərova verdiyi qeyri-adekvat cəza oldu.

Həsənov, həmçinin Ramil Səfərovun ekstradisiya və ardınca əfv olunmasının beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirildiyini və Macarıstan hakimiyyətinin Azərbaycanda amnistiya, əfv aktının mövcudluğundan xəbərdar olduğunu vurğulayıb.

AzNews.az