Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Post” qəzetinə məktub göndərərək qəzetin ötən həftə dərc etdiyi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Post” qəzetinə məktub göndərərək qəzetin ötən həftə dərc etdiyi

Səfir Leyla və Arif Yunuslardan yazdı- “Vaşinqton Post”da

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Post” qəzetinə məktub göndərərək qəzetin ötən həftə dərc etdiyi

, Leyla və Arif Yunuslara görə hakimiyyətin tənqid olunduğu redaksiya məqaləsinə münasibət bildirib.


Virtualaz.org xəbər verir ki, "The Washington Post" səfirin məktubunu olduğu kimi dərc edib. Orada deyilir: "Leyla və Arif Yunuslara görə ittihamların nə dərəcədə əsaslı olduğunu Azərbaycanın hüquq sistemi müəyyən etməlidir. Əgər aparılan istintaqla bağlı ifadə vermək üçün dəfələrlə göndərilən çağırışlara cavab versəydilər, onların həbsindən qaçmaq mümkün olardı. Bunun əvəzində redaksiyanın qeyd etdiyi kimi, onlar hüquq-mühafizə orqanları ilə istənilən əməkdaşlıqdan qaçdılar.

Hüquqi sistemlərin əksəriyyətində, o cümlədən Birləşmiş Ştatlarda bu qayda prokurorluq fəaliyyəti baxımından normal deyilmi?

Yunusların Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində maraqlarlına gəldikdə isə biz bu məqsədə çatmaq üçün Minsk Qrupu çərçivəsində işləyirik. Və hələlik Ermənistanın Dağlıq Qarabağı işğalı ətrafında münaqişənin davam etdiyi bir vaxtda heç bir şübhə yoxdur ki, bu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tərkib hissəsidir".

AzNews.az