“Ona həbsxanada nə ediblərsə, türklərə nifrət edir” “Ona həbsxanada nə ediblərsə, türklərə nifrət edir”

Araz Əlizadə Jirinoviski barədə şok faktlar açıqladı

“Ona həbsxanada nə ediblərsə, türklərə nifrət edir”



"Jirinoviski daima ermənilərin tərəfindədir". Bunu AzNews.az-a politoloq Araz Əlizadə Jirinovskinin çıxışına münasibət bildirərkən deyib: "O, tələbə olarkən bir illik Türkiyəyə təcrübəyə göndəriblər. Orada Leninin döş nişanlarını yaydığına görə həbs olunub. Bilirsiz ki, o zamanlar Türkiyədə kommunist ideologiyasını təbliğ etmək qadağan idi. Jirinoviskiyə həbsxanada nə ediblər, bilmirəm. Maraqlısı odur ki, həmin vaxtdan sonra bütün türkdilli xalqlara nifrət edir. İndiki çıxışı barədə deyə bilərəm ki, təki ermənilərin dalında Jirinovski kimilər dursun".

Politoloq əlavə edib ki, Jirinoviskinin bu mövqeyində təəccüblü heç nə yoxdur: "Burada yeni bir şey yoxdur. O, siyasətdə olduğu illər ərzində həmişə erməniləri dəstəkləyib. Bu əhəmiyyətsiz bir çıxışdır. Amma burada bir məsələ var. Adətən, Rusiya böyük məsələlərdə əvvəlcə bu şəxsi danışdırır, sonra da həyata keçirməyə başlayırlar. Rusiya Ermənistana daima silah verir. Rusiyanın orada iri hərbi bazaları var. Sadəcə, Jirinovski Rusiyanın ermənilərə dəstəyini dilə gətirib. Burada şişirdiləsi heç nə yoxdur".

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski erməni diasporunun Moskvanın "Krasnopresenskaya zastava" meydanında keçirdiyi mitinqdə çıxışı zamanı deyib ki, bu gün Rusiya Ermənistanı hər şeylə təmin etməlidir. O, erməniləri özünə qardaş adlandırıb: "Qafqazın xilas yolu güclü Rusiya-Ermənistan hərbi ittifaqının yaradılmasındadır. Rusiya Ermənistanı bütün istehsal etdiyi müasir silahlarla təmin etməlidir. S-300, S-400 raketləri və digər güclü silahlar təmənnasız olaraq Ermənistan ordusuna verilməlidir. Rusiya Ermənistanı Qafqazın liderinə çevirməlidir. Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımalıdır. Artıq Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində yekun söz demək vaxtı gəlib çatıb. Rusiya öz dəstəyini Ermənistana verməlidir ".

İlkin
AzNews.az