Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb

Çexiya səfirliyi ilə görüş keçirildi

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb



Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Nazir müavini hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməsini və ikitərəfli əlaqələrin sürətlə inkişaf etməsini məmnunluqla ifadə edib.

Görüşdə səfir "Hot&Cold. Drinking glasses and porcelain from Central Europe" adlı sərginin təşkilinə nazirlik tərəfindən kömək göstərilməsini arzulayıb.

Nazir müavini sərginin təşkilinə mümkün köməyi göstərəcəklərini bildirib.