- Hadisə
- 13:56
- 2 008
Kərim Vəliyev İstanbul və Konyadakı beynəlxalq hərbi təlimləri izləyəcək

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə səfərə gedib.
Onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.
Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb.
Qeyd edək ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşü də nəzərdə tutulub.