- Qərb
- 18:57
- 1 445
Tramp: İrandakı nüvə obyektlərindən gizli formada komponent çıxarılmayıb

“İrana aviazərbələrdən əvvəl oradakı nüvə obyektlərindən gizli formada hər hansı komponent çıxarılmayıb”.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”dakı hesabında yazıb.
O həmçinin qeyd edib ki, həmin vaxt orada yalnız yük avtomoblləri olub ki, onlar da beton daşınması üçün istifadə edilib:
“Beton daşıyan maşınlar nüvə obyektlərindəki şaxtaların üzərini bağlamaq məqsədilə gətirilib. Oradan hər hansı maddə və ya elementin çıxarılması kifayət qədər çox vaxt aparacardı”.
Qeyd edək ki, bir qədər əvvəl bu barədə ilk bəyanatı Pentaqon rəhbəri Pit Heqset səsləndirib.