“Rusiya gürcüstandakı seçkilərə müdaxilə edir” “Rusiya gürcüstandakı seçkilərə müdaxilə edir”

Saakaşvili BMT-də Rusiyanı dövlət çevrilişinə cəhddə ittiham etdi

“Rusiya gürcüstandakı seçkilərə müdaxilə edir”



BMT Baş Assableyasının iclasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın ünvanına ağır ittihamlar səsləndirib.

AzNews.az-ın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Saakşvili açıq şəkildə bildirib ki, Rusiya oktyabrın birində keçiriləcək parlament seçkilərinə təsir edir. O, həmçinin siyasi rəqibi Bidzin İvanişvilini kriminal aləm və Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edib. Saakşvili bildirib ki, Rusiya İvanişvilini birinci şəxs kürsüsünə əyləşdirməklə, bu dəfə Gürcüstanda hakimiyyəti hərbi yolla yox, siyasi yolla dəyişmək istəyir. O, hətta Rusiyanın seçkilərə müdaxilə məqsədilə milyardlarla vəsait ayırdığını da vurğulamaqdan çəkinməyib.

Xatırladaq ki, Gürcüstanda baş verən həbsxana qalmaqalına görə Saakaşvili Rusiyanı ittiham etmiş və bunu seçkilərə təsir etmək məqsədilə ortaya atılmış təxribat kimi qiymətləndirmişdi. Bundan əlavə, Gürcüstan prezidenti Rusiyanın "Qafqaz-2012" təlimlərini ölkəsinə qarşı güc nümayişi kimi xarakterizə etmiş və 2008-ci ildə də analoji təlimlərin keçirilməsini xatırlatmışdı.

Sadiq Musa
AzNews.az