Bu gün prezident İlham Əliyevin imzaladığı əfv fərmanına görə bir çox tanınmış şəxslər azadlığa buraxılıb. Bu gün prezident İlham Əliyevin imzaladığı əfv fərmanına görə bir çox tanınmış şəxslər azadlığa buraxılıb.

Jurnalist Əvəz Zeynallı azadlığa buraxıldı

Bu gün prezident İlham Əliyevin imzaladığı əfv fərmanına görə bir çox tanınmış şəxslər azadlığa buraxılıb.



AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, əfv edilənlər arasında tanınmış jurnalist Əvəz Zeynallının da adı var.

Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı AzNews.az-a informasiya haqda məlumatı olmadığını bildirib və əlavə edib ki, bu günü 1184 gündür ki, gözləyir: "Kim deyir? Nə danışırsınız? Mənim xəbərim yoxdur. Birinci sizdən duydum. Ay Allah, nə gözəl oldu. Hələ bilmirəm, inanmıram. Sağ olsunlar, Allahın köməkliyi ilə hər şey düzəldi. Bu, Yeni ildə bizim ailəmizə ən böyük hədiyyədir".

Qeyd edək ki, azad edilən digər şəxslər barəsində əlavə məlumat veriləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az